"Sumqayıt" Əfran İsmayılovu heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, 4 futbolçu ilə müqavilə yeniləyən "Sumqayıt" ötən mövsümü “Qarabağ”da keçirmiş Əfran İsmayılovla 1 illik müqavilə imzalayıb.

Əfran yeni klubunda 22 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Əfran İsmayılov “Qarabağ”dan (163 oyun, 22 qol) başqa “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Xəzər Lənkəran” (11 oyun, 1 qol) və “İnter”in (10 oyun, 3 qol) formasını geyinib. 2010-cu ildə milli komandada debüt oyununu keçirən futbolçu 38 qarşılaşmada 5 qola imza atıb.