“Qarşılaşmanın nəticəsindən məmnun deyiləm. Əvvəlki iki oyunda – Estoniya və Litva ilə matçlarda daha yaxşı oynamışdıq”.

Offsideplus.az xəbər verir ki, bu sözləri Latviya millisinin baş məşqçisi Miksu Patelaynen deyib. Milli komandamızla yoldaşlıq oyununda qarşılaşan Latviya yığması 1:3 hesabı ilə məğlub olub.

Matçdan sonra fikirlərini yerli mətbuatla bölüşən finlandiyalı mütəxəssis oyunu belə şərh edib: “Ümid edirdim ki, Azərbaycana qarşı da belə olacaq, amma alınmadı. Əvvəlki səviyyəmizdən çox uzaq idik. Heç bir şey planladığımız kimi olmadı. Rəqibi analiz etmişdik, onların təhlükəli oyunçuları olduğunu bilirdik. Heyətlərində yaxşı oynamağı bacaran təcrübəli futbolçular var. Mental olaraq bu matça hazır deyildik. Hücumçularımız çox şans qazana bilmədi, rəqib bütün komponentlərdə - fiziki və psixoloji olaraq bizdən üstün idi”.(apasport.az)