“Sumqayıt” klubu iki futbolçu ilə anlaşıb.

Offsideplus.az xəbər verir ki, “kimyaçılar” Əfran İsmayılov və Elvin Məmmədovu heyətə cəlb edib. Hələlik ictimaiyyətdən ciddi şəkildə gizlədilən anlaşmanın detalları əldə edilib. Belə ki, həm “Qarabağ”dan uzaqlaşdırılan Əfran ismayılov, həm də “Qəbələ”dən göndərilən Elvin Məmmədovla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Sumqayıt” baş məşqçi postuna Nazim Süleymanovu gətirib.

Mənbə: Apasport.az