Noyabr ayının 22-dən 28-dək Qəbələ şəhərində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

Offsideplus.az xəbər verir ki, toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək.

Seçməmiz hazırlıq çərçivəsində noyabrın 24-də “Qəbələ”nin U-16 komandası ilə yoxlama oyunu keçirəcək.

Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

Zeynalov Qədir – Səbail
Əlizadə Ayxan – Sabah
Həsənov Teymur – Qarabağ
Hüşənov Həbib – Qəbələ
Qurbanov Elvin – Neftçi
Orucov Nadir – Sumqayıt
Paşayev Vüsal – Sumqayıt
Əhmədov Səmid – Qəbələ
Nəbizadə Əli – Səbail
Avəzov Ramin – Sabah
Məmmədov Murad – Neftçi
Əhmədov Fərid – Neftçi
Muradov Amin – Neftçi
Babayev Elmar – Sabah
Niftiyev Səbuhi – Qarabağ
Aslanzadə Əli – Neftçi
Şəkərxanov Ziya – Qəbələ
Babazadə Eltun – Qarabağ
Ələkbərov İsmayıl – Marset (İspaniya)
Hüseynli Atilla – Sabah
Qasımov Amid – Qarabağ
Məmmədov Raul – Səbail
Şəkixanov Emil – Qəbələ
Əlizadə Məhəmməd – Zirə