Bu gün DÇ-2022-nin seçmə mərhələsinin 10-cu turuna start veriləcək.

Offsideplus.az xəbər verir ki, ilk matç günündə 4 qrupda 10 oyun baş tutacaq.

 

A qrupunda Portuqaliya Serbiyanı qəbul edəcək. Serbiya finala vəsiqə qazanmaq üçün mütləq şəkildə qalib gəlməlidir.  Portuqaliyaya isə bərabərlikdə sərf edəcək. Qrupun digər qarşılaşmasında İrlandiya Lüksemburqun qonağı olacaq.

B qrupunda İsveç İspaniyanın, Kosovo Yunanıstanın qonağı olacaq. Skandinaviyalılar DÇ-2022-də iştirakı rəsmiləşdirmək üçün 3 qat Avropa çempionunu yenməlidir. Meydan sahibləri bərabərlik sayəsində də istəyinə çatacaq.

H qrupunun vacib  oyunu Xorvatiya və Rusiya milliləri arasında olacaq. Xorvatiyalılar yalnız öz meydanında qələbə qazansa, mundialda iştirakı təmin edəcək.

J qrupunda Lixtenşteyn Rumıniyanı, Şimali Makedoniya İslandiyanı, Ermənistan isə Almaniyanı qəbul edəcək. Almaniya mundiala vəsiqəni  rəsmiləşdirib. Şimali Makedoniya isə qələbə qazanacağı halda, digər matçların nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

DÇ-2022, seçmə mərhələ
10-cu tur
14 noyabr

A qrupu

23:45. Lüksemburq - İrlandiya

23:45. Portuqaliya - Serbiya

B qrupu

23:45. Yunanıstan - Kosovo

23:45. İspaniya - İsveç

H qrupu

18:00. Malta - Slovakiya

18:00. Sloveniya - Kipr

18:00. Xorvatiya - Rusiya

J qrupu

21:00. Lixtenşteyn - Rumıniya

21:00. Şimali Makedoniya - İslandiya

21:00. Ermənistan - Almaniya