Vüqar Nadirov hansı kluba keçir? "Səbail"dən ayrılan Vüqar Nadirovun yeni klubu məlum olmaq üzrədir.

Offsideplus.az xəbər verir ki, millimizin sabiq futbolçusu Premyer Liqaya yeni vəsiqə qazanan "Sabah"a keçəcək. Tərəflər arasında yaxın günlər ərzində müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, 30 yaşlı hücumçü "Səbail"dən pul məsələsində razılığa gəlmədiyi üçün ayrıldığını bildirib. Nuh TARVERDİYEV