“Zirə” klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, "qartallar"ın hücumçusu Filip Paxtman sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov Premyer Liqamızın 6-cı turunda “Sumqayıt”ı 1:0 hesabıyla məğlub etdikləri oyundan sonrakı mətbuat konfransında deyib.

O, Paxtmanın diz çarpaz bağlarından xəsarət aldığını və 6-7 ay yaşıl meydanlardan uzaq qalacağını bildirib.