Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start verilib.

Offsideplus.az-ın məlumatına görə, ilk oyun gününün hər iki qarşılaşması Bakıda keçirilib. Əvvəlcə "Keşlə" evdə "Qarabağ"ı qəbul edib.Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Digər görüşdə "Zirə" "Səbail"in qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

25 sentyabr (şənbə)

17:00. “Keşlə” – “Qarabağ” 1:1

Qol: A.Zubir, 20, A.Neto, 71
Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”.

19:15. “Səbail” – “Zirə” 1:2

Qol: Volkov, 16, 40, Qoxa, 45
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”.

Qeyd edək ki, tura sentyabrın 26-da oynanılacaq "Sabah" - "Neftçi" və "Sumqayıt" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.