Çimərlik futbolu üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, millimiz 393 xalla dünya sıralamasında 27-ci, Avropa zonasında isə 10-cu pillədə qərarlaşıb.

Siyahıya 4249 xalla dünya çempionatının qalibi Rusiya başçılıq edir. Portuqaliya 3279 xalla ikinci, Braziliya isə 3225 xalla üçüncüdür.