21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AÇ-2023-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, Milan Obradoviçin çalışdırdığı yığmamız A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə qarşılaşıb.

Qarşılaşma yığmamızın növbəti məğlubiyyəti ilə nəticələnib. Komandamız bu dəfə 6 cavabsız qol buraxıb.

Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.