“Qarabağ”dan ayrılan Rahid Əmirquliyev və Ağabala Ramazanovun yeni klubu müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, hər iki futbolçu “Səbail”ə keçib.

 Klubun mətbuat xidməti futbolçularla 1 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, "Səbail" 12 futbolçusu - Vüqar Nadirov, Ruslan Əmircanov, Elman Taqayev, Ayrton Stati, Nikoloz Apakidze, Murad Ağayev, Vahit Orazsahedov, Nurlan Novruzov, Raul Yaqubzadə,  Kərim Diniyev, Faruk Miya və Yevgeni Koçukla yolları ayırıb.(qol.az)