DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 4-də, Dublindəki Aviva stadionunda keçiriləcək İrlandiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı bəlli olub. 

Offsideplus.az xəbər verir ki, İrlandiya milli komandasının baş məşqçisi Stiven Kenni yerli vaxtla saat 11:00-da mətbuat konfransı keçirəcək. Azərbaycan millisinin çalışdırıcısı Canni De Byazi isə bu gün saat 17:00-da jurnalistlər önünə çıxacaq. Daha sonra yığmamızın məşqi baş tutacaq. 

Qeyd edək ki, İrlandiya - Azərbaycan matçı sabah saat 20:00-da start götürəcək