DÇ-2022-nin seçmə mərhələsində sentyabrın 4-də, Dublindəki Aviva stadionunda keçiriləcək İrlandiya - Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən proqramı sizə təqdim edir:

İrlandiya - Azərbaycan: Açıq məşq və mətbuat konfransı
3 sentyabr

İrlandiya milli komandası
11:00. Mətbuat konfransı
15:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Azərbaycan milli komandası
17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq