Bakıya gələrək son anda “Neftçi” ilə müqavilə imzalamaqdan imtina edən Nikita Rukavitsanın yeni klubu bəlli olub.

Offsideplus.az “Ynet” agentliyinə istinadət xəbər verir ki, Avstraliya millisinin sabiq üzvü İsrailin “Hapoel Ber-Şeva” klubu ilə müqavilə imzalayacaq. Məlumata əsasən, İsrail təmsilçisi yaxın günlərdə bu transferi açıqlayacaq.

Qeyd edək ki, Nikita Rukavitsa Bakıya gələrək “Neftçi” ilə müqavilə imzalamağa yaxın olsa da, son onda şəraiti bəyənməyərək, paytaxtımızı tərk etmişdi.