"Qarabağ"ın yarımmüdafiəçisi Xayme Romero Offsideplus.az saytına eksklüziv açıqlamasında Ağdam təmsilçisinin bu mövsüm üçün hədəfləri haqqında danışıb: 

"Hər oyun vacibdir. Komandamız bütün qarşılaşmaya qələbə üçün çıxır. Bacardığımız qədər çox xal toplamalıyıq ki, mövsümün sonunda xal çatışmazlığı yaşamayaq və bu, yekun nəticəyə təsir etməsin". 

- Komandanızın hər oyuna maksimum 1 qol vurması sizi narahat etmir?

- Əsas odur ki, bütün matçlarda xeyli sayda qol epizodları yaradırıq. Ola bilsin ki, bəzi anlarda bəxtimiz gətirmir, amma əvvəl-axır top qapıya daxil olacaq. Bunun bir yolunu tapacağıq. 

- Bu mövsüm üçün "Qarabağ"ın məqsədi nədir? 

- Bu mövsüm üçün məqsədlərimiz UEFA Konfrans Liqasının qrupuna düşmək və Azərbaycan Premyer Liqasının qalibi kimi bitirməkdir.