Xorvatiya (U-17) yığmasının, həmçinin "Şerif"inin keçmiş baş məşqçisi Luka Pavloviç 2019-cu ildə Azərbaycan millisindən (U-18) dəvət aldığını açıqlayıb.

Offsideplus.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Şerif"dən ayrıldıqdan sonra 2019-cu ildə 18 yaşlılardan ibarət Azərbaycan seçməsini çalışdırmaq üçün dəvət aldığını açıqlayan Pavloviç, sonda razılaşmanın hansı səbəbdən əldə olunmaması barədə məlumat verməyib.

Qeyd edək ki, 18 yaşlılardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi serbiyalı mütəxəssis Miloş Velebitdir.