Növbəti mövsümə hazırlaşan "Qəbələ” daha bir legionerlə güclənib.

Offsideplus.az xəbər verir ki, "qırmızı-qaralar” sabiq oyunçusu Rafael Utriqin (Alemao) keçidini həll edib. Klubun meneceri Zaur Əzizov xəbəri saytımıza təsdiqləyib: "Düzdür, Rafaellə danışdıq, razılığa gəldik. Hazırda təyyarədədir, Bakıya gəlir”.

Qeyd edək ki, ötən mövsüm bölgə klubuna keçən braziliyalı hücumçu Premyer Liqada 25 oyun keçirib və 5 qol vurub. 24 yaşlı futbolçu mövsüm başa çatdıqdan sonra "Qəbələ”dən ayrılmışdı. // Fanat.Az