Avstriya toplanışında olan "Qarabağ" bu gün hazırlıq matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Qurban Qurbanovun komandası Bolqarıstanın SSKA klubu ilə qarşılaşıb. Ağdam təmsilçisi Sofiya təmsilçisinə 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 69-cu dəqiqədə Musa Qurbanlı vurub.

7 iyul

Yoxlama oyunu

20:00. "Qarabağ" – SSKA (Bolqarıstan) - 1:0

Qol: Musa Qurbanlı, 66

Qeyd edək ki, "Qarabağ" 2 həftəlik hazırlıq prosesində iyulun 11-i "Arsenal" (Rusiya, Tula), iyulun 15-də isə "Auqsburq"la (Almaniya) da yoxlama oyununda üz-üzə gələcək.