"Qarabağ"ın futbolçusu Xayme Romero hazırlıq prosesindən və komandanın yeni mövsüm üçün hədəfləri barədə danışıb.

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bu barədə klubun rəsmi saytına açıqlama verib. 

"Məşqlərimiz çox maraqlı keçir. Hazırlıq prosesində futbolçuları çox istəkli görürəm. Bəlkə də bu, ötən mövsüm çempionluğu son turda qaçırmağımızdan irəli gəlir. Bu da futbolçulara təsir edib və yeni mövsümə daha istəkli başlamışıq. Konfrans Liqası bizim üçün yeni və maraqlı turnirdir. İlk dəfə keçiriləcək turnirdə yaxşı iştirak etmək istəyirik. Mənim istəklərim komandanın iddiaları ilə üst-üstə düşür. Konfrans Liqasının qrupuna düşmək üçün əlimizdən gələni edəcəyik. Futbolçular da çox həvəslidir. Mövsümün sonunda isə Premyer Liqada çempion olmaq istəyirik. Yeni mövsümün uğurlu alınması üçün hər kəs işinə ciddi yanaşır".