“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi ilk yoxlama matçının məkanı və başlanma saatı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, iyunun 21-də Sloveniyanın “Olimpiya” klubu ilə görüş “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək. “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan "ağ-qaralar" toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. İyunun 25-də baş tutacaq görüşdəki rəqib hələ ki müəyyənləşməyib. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.