"Qarabağ" klubu sabiq futbolçusu Dino Ndlovunu heyətinə qatmağı düşünür.

Offsideplus.az "Soccerladuma" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu apreldə Çinin "Çjetszyan Qrintaun" klubundan ayrılıb və hazırda azad agentdir. Ağdam təmsilçisindən başqa, cənubi afrikalı forvardla Türkiyənin "Kocaelispor" klubu da maraqlanır.

Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"ın formasını geyinib.