"Səbail" futbolçusu ilə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, "dənizçilər" Urfan Abbasovla yollarını ayırıb. 28 yaşlı müdafiəçinin başa çatan müqaviləsi yenilənməyib.

2019-cu ildən "Səbail"in formasını geyinən Urfan, 53 oyuna çıxıb, 2 qol vurub və 2 assist ilə yadda qalıb.

Qeyd edək ki, "Səbail" daha öncə Ruslan Hacıyev, Ali Sisey, Luka İmnadze, Milovan Petrovik və Florian Kadriu ilə vidalaşıb.