“Bu gün meydanda bacardığımızı etdik".

Offsideplus.az xəbər verir ki, bu sözləri Belarus millisinin baş məşqçisi Georgi Kondratyev millimizə 1:2 hesabı ilə uduzduqları matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, məğlub olmalarının səbəbini yığmamızın yaxşı futbol oyaması ilə əlaqələndirib:

"Baxmayaraq ki, optimal heyətlə mübarizə aparmırdıq. Azərbaycan millisinin oyununa bələd idik. Bilirdik ki, yaxşı futbol oynayır. Məğlub olmağımızın əsas səbəbi də məhz bu idi. Rəqib bu gün güclü idi”.