"Neftçi" futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar" Rəhman Hacıyevlə yeni anlaşma imzalayıb.  27 yaşlı yarımmüdafiəçi 2024-cü il mayın 31-dək "Neftçi"yə məxsus olacaq. Ötən mövsümü icarə əsasında “Keşlə”də keçirən Hacıyev daha 1 il müddətinə bu kluba icarəyə verilib.

Qeyd edək ki, Rəhman Hacıyev 2014-2020-ci illər ərzində “Neftçi”nin heyətində 166 oyunda meydana çıxıb, 16 qola imza atıb.