21 yaşadək futbolçulardan ibarət milli komandamız Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə son matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Özbəkistanın U-21 yığması ilə qarşılaşıb. Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, millimiz dünən yarışda Ukrayna yığması ilə üz-üzə gəlib və minimal hesablı qələbə qazanıb - 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.