“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Bakı təmsilçisi "Zirə"nin oyunçusu Elvin Camalovu transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, sonuncu dəfə "Zirə"də forma geyinən Camalov “Qəbələ” klubunun da şərəfini qoruyub (2013-19).