"Neftçi" klubu sağ cinah müdafiəçisi Ömər Buludovla yeni müqavilə imzlaayıb.

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar" 22 yaşlı futbolçu ilə anlaşmanın müddətini 2024-cü il mayın 31-dək uzadıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, 2017-18 mövsümündən bəri Bakı klubunun formasını geyinən Buludov, "Neftçi" ilə 74 oyuna çıxıb, 3 qol vurub.