“Qarabağ” klubu Vətən müharibəsi şəhidi olan azarkeşi Məhəmmədəli İbrahimlinin xatirəsinə jest edib.

Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına şəhidin adını salıb. Beləliklə, Məhəmmədəli İbrahimli “Qarabağ” komandasının üzvü kimi Azərbaycan Premyer Liqasının medalına layiq görüləcək.

Xatırladaq ki, “Neftçi” - “Qarabağ” oyunu bu gün, saat 20:30-da başlayacaq.(qol.az)