Paytaxtımızda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sonuncu yoxlama oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, birinci divizion təmsilçisi MOİK-lə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb.

U-19-un heyətində Vüsal Əliyev, Gülağa Əsədov, Xəyal Əliyev və Xəyal Səmədov fərqlənib.