"Qarabağ" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, hazırda davam edən "Qəbələ" - "Qarabağ" qarşılaşmasının ilk hissəsində İsmayıl İbrahimli sarı vərəqə ilə cəzalandırılıb. Milli üzvünün rəqib futbolçuya qarşı hərəkətini baş hakim Elçin Məsiyev vərəqə xəbərdarlığı kimi dəyərləndirib. Bu isə İsmayılın "sarı" limitini doldurması, növbəti çempionat görüşündə iştirak etməyəcəyi deməkdir.

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın 25-ci turu çərçivəsində mayın 4-də "Zirə"ni qəbul edəcək.