Aprelin 22-dən 30-dək Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim məşq toplanışı keçiriləcək.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesinə aşağıda adları qeyd olunan futbolçular çağırılıb:

Sahib Həsənov, Aleksandr Prikrostov, Rəşad Həsənov, Vüsal Qənbərov (hamısı "Keşlə"), Həsən Həsənli, Süleyman Damadayev, Ülvü Mədətov, Xəyal Səmədov, Rauf Rüstəmli, Gülağa Əsədov, Taleh Qarayev, Mehrac Baxşəli (hamısı "Qəbələ"), Rza Cəfərov, Mirəli Əhmədov, Hüseyn Babayev, David Orucov, Nihad Cəfərov, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Raqif Abuşov, Seymur Məmmədov, Xəyal Əliyev (hamısı "Sabah"), Zahir Mirzəzadə, Vüsal Əliyev, Mahmud Ağayev (hamısı "Zirə"), Nihad Ağayev ("Sumqayıt"), Zöhrab Əsədov, Musa Musazadə (hər ikisi "Qarabağ"), Kamal Kazımov ("Kasımpaşa")