Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

Offsideplus.az xəbər verir ki, iclasda bəzi qərarlar qəbul olunub. "Neftçi" ilə oyunda "Qəbələ"nin 5, "Səbail"lə oyunda "Sabah"ın 4, "Keşlə" ilə oyunda "Zirə"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün bu klublar 800 manat cərimə olunub. Bundan əlavə, “Zirə” klubu stadiona gələrkən gecikdiyi üçün 800 manat cərimələnib.

"Səbail"in futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib.