"Zirə"nin futbolçusu Elvin Camalov koronavirusa yoluxub.

Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi özünü yaxşı hiss etdiyini bildirib. O, martın 12-də COVİD-19 testinin pozitiv nəticə verdiyini açıqlayıb.

Qeyd edək ki, Elvin Camalov Premyer Liqanın 20-ci turunda "Qəbələ" ilə matçı (1:1) buraxıb. Camalov Azərbaycan yığmasının qarşıdakı oyunlar üçün heyətinə daxil edilməyib (Report).