"Qarabağ"ın futbolçusu Xayme Romero zədələnib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqamızın 19-cu turunda "Zirə" ilə görüşün 61-ci dəqiqəsində xəsarət alıb.

31 yaşlı oyunçunun yerinə meydana Abdullah Zubir daxil olub.

Xaymenin durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, görüş "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.