UEFA Gənclər Liqasının 1/32 final mərhələsi çərçivəsində "Qəbələ"nin Şimali Makedoniyanın "Şkendiya" klubu ilə keçiriləcək oyununun dəqiq vaxtı və saatı məlum olub.

Offsideplus.az xəbər verir ki, martın 4-də Skopyedə keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 16:30-da veriləcək.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən mərhələ bir görüşdən ibarət olacaq.