"Zirə" növbəti transferini gerçəkləşdirəcək.

Offsideplus.az TMW nəşrinə istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Ukrayna "Lvov"unun 21 yaşlı hücumçusu Filipe Paxtmannı transfer edib. Almanəsilli braziliyalı hücumçu "Zirə"yə azad agent kimi keçib.

Qeyd edək ki, F.Paxtmann cari mövsümdə "Lvov"un heyətində meydana çıxdığı 7 oyunda rəqib qapılarıan yol tapa bilməyib.

141141 copy copy