Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah" "Kəpəz"ə 1:2 hesabı ilə uduzub. 

Offsideplus.az xəbər verir ki, "Sabah"ın baş məşqçisi Visente Qomez oyundan sonra mətbuat konfransı keçirib. 49 yaşlı ispaniyalı mütəxəssis "Kəpəz"ə uduzmağın faciə olmadığnı bildirib:

"Oyun bizim nəzarətimiz altında keçsə də, dinamika çatışmadı. Sonda məğlub olduq və mübarizəni dayandırdıq. Kəpəz"ə uduzmaq böyük səhvdir, amma faciə deyil. Məğlubiyyətdə hər kəsin səhvi var, ən böyük məsuliyyət isə baş məşqçinin üzərinə düşür".