"Sabah"la oyunun hazırlıqlarını sürdürən "Qarabağ" hələ də legionerinin yolunu gözləyir.

Offsideplus.az xəbər verir ki, yanvarın 10-na qədər Bakıya qayıtması tapşırılan Vild-Donald Gerye koronavirus testinin cavabını gözlədiyinə görə ailəsi ilə birgə Nyu-Yorkda qalmışdı. Xeyli vaxtdır ABŞ-da gün keçirən haitili futbolçu bu gün axşama qədər Bakıda olmalıdır. Bu isə o deməkdir ki, ən yaxşı halda sabah "Qarabağ"a qoşulacaq.