"Qarabağ"ın ispan futbolçusu Xayme Romero komandaya qoşulub.

 Offsideplus.az xəbər verir ki, İspaniyada hava şəraitinin qarlı və dumanlı keçməsinə görə təyyarə reysləri təxirə salındığından yarımmüdafiəçi Madriddən Bakıya uçmaqda çətinliklə üzləşmişdi.

X. Romero İspaniya paytaxtından Valensiyaya, ordan İstanbula, ardınca da Bakıya uçub. Bu gün səhər saatlarında Bakıya çatan oyunçu yorğunluq səbəbindən "Qarabağ"la "Zirə" arasında keçirilən yoldaşlıq matçında iştirak etməyib.