"Keşlə" klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, "Keşlə" 28 yaşlı yarımmüdafiəçi Sadio Tounkara ilə müqavilə imzalayıb. Malili futbolçu mövsümün sonuna qədər yeni klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, Sadio Tounkara daha əvvəl "Xəzər Lənkəran", AZAL, "Zirə", həmçinin Kiprin "EN Paralimniou" və Estoniyanın "Narva Trans" klublarında çıxış edib.