Niderlandın "Telstar" klubu Azərbaycan millisinin və "Sabah" klubunun futbolçusu Ozan Can Kökçü ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, bu barədə "Report"a paytaxt təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

O bildirib ki, hər hansı razılıq əldə olunsa, bu barədə əlavə məlumat veriləcək.