2020/2021 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" növbəti futbolçunun keçidini reallaşdırıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi cənubi azərbaycanlı hücumçu Mehdi Şərifi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Mehdi Şərifi ötən mövsüm "Sumqayıt"ın heyətində 16 oyunda 5 dəfə rəqib qapılarına yol tapıb.

Şərifi karyerası ərzində İranın "Sepahan" (74 oyun, 27 qol), "Traktorsazi" (37 oyun, 4 qol) və son olaraq isə "Perspolis" (4 oyun) klublarının şərəfini qoruyub.

29 yaşlı futbolçu 2 dəfə İran çempionu (2014/15, 2018/19), 2 dəfə isə İran kubokunun qalibi olub (2012/13, 2018/19).