Ötən mövsümün sonlarında "Neftçi"dən ayrılan Soni Mustivar Kipr klubuna keçib.

Offsideplus.az xəbər verir ki, Rumıniyanın "Hermanştadt" klubu ilə vidalaşan haitili futbolçu Kipr təmsilçisi "Nea Salamina"nın heyətinə qatılıb.

30 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 6 aylıq müqavilə imzalayıb. Təcrübənin oyunçunun sözləşməsi mövsümün sonunda daha 1 il müddətinə uzadıla bilər.

Qeyd edək ki, Soni Mustivar 2018-2020-ci illərdə "Neftçi"də çıxış edib.