"Səbail"in qvatemalalı oyunçusu Nikolas Hagen millisinin noyabrın 15-də Hondurasla keçirəcəyi oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, 24 yaşlı qapıçı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətə görə yığmanın düşərgəsinə yollanmaqdan imtina edib.

Qolkiper Bakıdan Qvatemalaya getmək üçün əvvəlcə Türkiyənin İstanbul şəhərinə uçmalıdır. Sərhədlərin yenidən bağlanacağından ehtiyatlanan qapıçının Bakıya qayıdışı yubana bilər. Belədə isə klubun onunla müqaviləni poza biləcəyi iddia olunur.

Onun əvəzində düşərgəyə digər qolkiper Rikardo Heres çağırılıb.