Qvineya millisinin baş məşqçisi Didye Siks "Neftçi"nin futbolçusu Mamadu Kaneni Afrika Millətlər Liqasının Çadla oyunlarına  boyunun qısalığına görə çağırdığını açıqlayıb.

Offsideplus.az "afrik-foot.com" saytına istinadən xəbər verir ki, fransalı mütəxəssis süni örtüklü meydanda keçiriləcək görüşdə Kanenin daha effektli ola biləcəyini düşünür: "Qarşıdakı matçda yerlə oyuna üstünlük verəcəyik. Kanenin milliyə dəvəti bununla bağlıdır. Çünki onun boyu qısadır və bu, süni örtükdə oyunçu üçün üstünlük yaradır. Fikrimcə, Kane bu cür meydanda maraqlı seçim ola bilər. İbrahima Kamaranı isə ucaboy olduğu üçün yığmaya çağırmadım".

Qeyd edək ki, Qvineya millisi 11 və 15 noyabrda Çadla iki oyun keçirəcək.