"Qarabağ" qış transfer pəncərəsində əsas futbolçulardan birini itirə bilər. 

Offsideplus.az xəbər verir ki, ağdamlıların əsas futbolçularından biri olan və komandanı Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıran qolu vuran Dino klubdan ayrılır. Ndlovu Çin 2-ci divizyonunda çıxış edən "Hanqzu Qrintaun" klubunda çıxış edəcək. Artıq klublar arasında razılıq əldə olunub və çinlilər bu transfer üçün 1 milyon avro ödəyəcək.