Bu gün Azərbaycan Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Offsideplus.az xəbər verir ki, “Zirə” “ASK Arena”da “Keşlə”nin qonağı olub və rəqibini 3:2 hesabı ilə məğlub edib. Bu qələbə ilə Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

20:15. “Keşlə” - “Zirə” - 2:3
Qollar: Silvio Rodriqes, 10 (1:0), Klesio Bauk, 21 (1:1), Dmitro Klots, 54 (2:1), Klesio Bauk, 68 (2:2), Davit Volkov, 79-pen (2:3)
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
“ASK Arena”