"Neftçi" ilə matçda xəsarət alan "Sumqayıt"ın qapıçısı Mehdi Cənnətovun zədəsinin ciddi olmadığı açıqlanıb.

Offsideplus.az xəbər verir ki, Mehdi Cənnətov ötən gün paytaxt təmsilçisi ilə görüşdə əzələsini dartıb.

Azərbaycan milli yığmasında da çıxış edən oyunçu sentyabrın 13-də tibbi müayinədən keçəcək.