Azərbaycan çempionu "Qarabağ"ın Makedoniya əsilli serbiyalı yarımmüdafiəçi Uroş Matiçi transfer etdiyi barədə məlumat vermişdik

 Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"din ulduz futbolçusu Nemanya Matiç 1,7 milyon izləyicisi olan "Instagram" hesabında qardaşının "Qarabağ" forması ilə fotosunu paylaşaraq onu transferi münasibəti ilə təbrik edib. Serbiya yığma komandasının oyunçusu paylaşımında Uroş Matiçlə yanaşı "Qarabağ"ın da hesabını işarələyib:

1

Qeyd edək ki, "Qarabağ" Danimarkanın "Kopenhagen" klubundan transfer etdiyi Uroş Matiçlə 2+1 illik müqavilə bağlayıb.