Mövsümə Qəbələdə hazırlaşan Premyer Liqa təmsilçilərinin iştirakı ilə daha bir oyun keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, “Zirə”  “Qəbələ” ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da başlayacaq.
Qarşılaşma 30 dəqiqədən ibarət iki hissədə keçiriləcək. Bu, hər iki komandanın uzun fasilədən sonra ilk matçına çıxması ilə bağlıdır.
Qəbələdəki görüş “Zirə”nin yeni baş məşqçisi Rəşad Sadıqovun qeyri-rəsmi debütü olacaq.
 
Yoxlama oyunu
25 iyul
20:00. “Qəbələ” – “Zirə”